Budapeşt Azərbaycan qazının Macarıstana nəqlində maraqlıdır. Bu barədə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib.
P.Siyarto Budapeştdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan vacib tərəfdaşdır. Macarıstan Azərbaycandan nəql edilən qazının idxal edilməsində maraqlıdır”, - deyə məlumatda P.Siyatronun sözlərindən sitat gətirilir.
O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Strateji tərəfdaşlıq haqında Sazişin Macarıstan Hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırdı.
O cümlədən, XİN rəhbərləri hüquq-müqavilə bazasının genişləndirilməsi məsələlərini müzakirə ediblər. **
F.İsazadə