Bərdə rayonunda baş verən qətl və intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.
“Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev iri dəmir çəkiclə həyat yoldaşı Gülbəniz Əliyeva və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Murada ağır bədən xəsarətləri yetirib. Nəticədə ana aldığı xəsarətlərdən vəfat edib, S.Əliyev isə yaşadığı evin həyətində özünü asaraq intihar edib”, - deyə məlumatda bildirilir.
Uşaqlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla S.Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilib.*
R.Babayev