Kanadanın INKAS Armored Vehicle Manufacturing şirkəti Azərbaycan Daxili İşlər Nazirliyi ilə piyadaların zirehli maşınlarının (Armored Personnel Carriers – APC) tədarükünə dair müqavilə imzalayıb. Bu barədə Kanadanın rusdilli Russian Week resursu məlumat verib.
“Artıq bir neçə maşın Azərbaycana gətirilib”, - şirkətdən bildiriblər.
O cümlədən, INKAS idxalçının ərazisində APC buraxılışı üzrə birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıb.
IMKAS-ın marketinq və inkişaf üzrə vitse-prezidenti Roman Şimonovun sözlərinə görə, şirkəti xarici işlər departamentinin (Global Affairs Canada) bütün zəruri prosdurlarından keçib və xaricə hərbi avadanlığın tədarükü üçün hökumətin razılığını əldə edib.
“Azərbaycan - İran, Ermənistan və Türkiyə arasında coğrafi yerləşməsi, geosiyasi çağırışları nəzərə alınaraq, unikal ölkədir. Ölkənin bütün ehtiyatları var və müdafiə problemlərinin həlli, hımçinin sərhədlərinin müdafiəsi üçün imkanlar axtarışındadır”, - AZCAN Defence Solutions müəssisəsinin baş menecer səlahiyyətlərini icra edəcək R.Şimonov izah edir.
Onun sözlərinə görə, INKAS məhz “hərbi” maşınlar buraxmır. “İstehsalımız xüsusilə hərbiləşdirilmiş (hərbi deyil) avadanlıq və hüquq-mühafizə orqanları üçün avtomobillərin yığılmasına yönəlib”, - R.Şimonov bildirib.
Bununla yanaşı, firmanın saytında verilən məlumata görə, INKAS Sentry APC ordu bölmələri, xüsusi təyinatlı orqan və digər hüquq-mühafizə təşkilatları tərəfindən istifadə edilə bilər. **
A.Axundov