Azərbaycanda azyaşlının pəncərədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Bir yaşlı Rüqəyya Əmənovanın üçüncü mərtəbədən yıxılaraq ölməsi ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib”, - məlumatda deyilir.
Uşaq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.
Baş Prokurorluq son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ilə bağlı narahatlıq ifadə edib. **
R.Babayev