1 iyul 2017-ci il tarixinə Azərbaycanın fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 mln. 496,678 min nəfər təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,7% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Cari ilin birinci yarısında fərdi uçot sistemində əlavə olaraq 124,77 min nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
Fərdi hesabı olanların 59,5%-i kişilər, 40,5%-ni qadınalr təşkil edir.
1 yanvar 2017-ci il tarixinə Azərbaycanın fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 mln. 371,908 min nəfər təşkil edir
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.**
N.Abbasova