"Mingəçevir Tekstil" MMC 2017-ci ilin sonunadək iplik istehsalı fabrikini istismara verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib. "Mingəçevir Tekstil" MMC bu ilin may ayında Mingəçevir Sənaye Parkının birinci rezidenti statusunu alıb.
“Dəyəri $46 mln. olan fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Layihə çərçivəsində 550 yeni iş yeri yaradılacaq.
İllik istehsal gücü 20 min ton olan fabrikin inşası üçün MMC-yə 14 ha torpaq sahəsi ayrılıb. Fabrikdə ipliklər Ring və Open End üsulları ilə istehsal olunacaq. Bu, Cənubi Qafqazda ən müasir tekstil fabriki olacaq.
Mingəçevir Sənaye Parkında istehsal edilən pambıq iplik ixracından ildə $25 mln. gəlir əldə edilə bilər. İstehsal edilən ipliyin 10 min tona qədərinin ixraca yönəldilməsi nəzərdə tutulur.*
A.Əzizov