Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substantiv danışıqlardan qaçır.
Nazir Budapeştdə bəyan edib ki, ermənistanlı həmkarı Edvard Nalbandyanla Brüsseldə baş tutan görüşündə Ermənistanın substantiv danışıqlar məcrasına keçəcəyi barədə onun tərəfindən heç bir işarə görməyib”, - deyə AZƏRTAC xəbər verir.
“Bununla belə, status-kvo həmişə davam edə bilməz, bunu vasitəçilər də dəfələrlə bəyan ediblər. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından boyun qaçırmaqla, əraziləri daim işğal altında saxlaya bilməz”, - deyə o vurğulayıb.*
R.Babayev