2017-ci ilin I yarısında Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,4% - 5 mln. 728,5 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 5 mln. 47,5 min ton və ya 95,7% beynəlxalq tranzit yüklərin, 4,3% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 33,9% artıb”, - deyə məlumatda bildirilir.
Ötən il Azərbaycanın dəniz limanlarında 9 mln. 125,9 min ton yük emal edilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanının bərə terminalı istifadəyə verilib.*
N.Abbasova