İyulun 29-da Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.
Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları İyuklun 29-dan avqustun 12-dək Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində 28 müxtəlif fənn üzrə keçiriləcək. **
R.Babayev