Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları iyulun 25-də axşam saatlarında yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasından 20 sakini təxliyə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir.
«Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub”, - deyə məlumatda bildirilir.
Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.*
R.Babayev