“Çudo Peçka” mağazalar şəbəkəsinin keçmiş sahibi Çingiz Cəlilov həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Ç.Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.*
R.Babayev