Azərbaycanda banklar bird aha əlavə kapitallaşma zərurəti ilə qaşılaşa bilər. "Moody′s Investors Service” reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova belə hesab edir.
“Bankların əsas kapitalı yüksək kredit itkiləri vəm valyuta riskləri səbəbindən təzyiq altında qalacaq. Tənzimlənmənin daha bir mümkün sərtləşməsi bankların əlavə kapitallaşmasını tələb edə bilər”, - agentliyin hesabatında M.Malyukovanın sözlərindən sitat gətirilir.
Agentlik qeyd edir ki, bankların maliyyələşməsi üçün əsas risklərdən biri 2016-cı ilin sonuna olan məlumata əsasən depozitlərin ümumi həcminin 75%-ni təşkil edən depozitlərin dollarlaşmasının yüksək səviyyəsidir.
“Bu, yerli valyutada likvidliyin olmaması və xarici valyutada mühüm qeyri uyğunluğa səbəb oldu. Azərbaycan bankları üçün maliyyələşdirmə perspektivləri onların qeyri-sabit müştəri depozit bazası və borc kapitalı bazarlarına məhdud və baha başa gələn çıxış nəzərə alınmaqla zəifləyib”, - M.Malyukova vurğulayıb.
Agentliyin qiymətləndirməsinə görə, hökumətin ABB-nin xarici borcunun təkrar strukturlaşdırılmasına dair qərarı bank sahəsinə dəstəyə yanaşmanın dəyişməsini əks etdirir və onun siyasətinin az səviyyədə proqnozlaşdlırılmasını vurğulayır. **
A.Axundov