Lerik rayonunda broyler fabrikində partlayış baş verib.
Hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
«Partlayış zamanı xəsarət alan iki nəfərin vəziyyəti normaldır», - deyə Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, yaralılardan biri lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılacaq.
«Yüngül kəllə-beyin travması alan digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriləcək», - deyə M.Ağayev qeyd edib.*
R.Babayev