“Aqrarkredit” QSC avqustun 16-da “Bakı Fındıq Emalı” kompleksinin satışı üzrə hərrac keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Avqustun 16-da kompleksin satışı üzrə hərrac keçiriləıcək. Start qiyməti 37 mln. 744 min manat təşkil edir”, - cəmiyyətdən bildiriblər.
Kompleksə fındıq emalı üzrə 7 sex, 1,681 min hektar torpaq sahəsi (Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında), Bakıda baş ofis daxildir.
Kompleksin istehsal gücü illik ən azı 5 min ton emal olunmuş fındıq təşkil edir. Bunun 1,8-2 min tonu təmizlənmiş fındığın payına düşür. Kompleksin sexlərində Türkiyə və Belçika istehsalı avadanlıq quraşdırılıb.
Məhsullar Rusiya, Ukrayna, İtaliya, Almaniyaya ixrac olunur, həmçinin daxili bazarda satışa çıxarılır. **
A.Əzizov