Cari ilin yanvar-iyun ayları ərzində inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktı yoxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
“Yoxlamar əsasında bəzi bələdiyyələrin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar olunub. Nəticədə, 15 fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib”, - nazirlikdən qeyd edilib.
Bundan başqa, 33 bələdiyyə sədri barəsində inzibati pozuntular üzrə protokollar məhkəmlərə göndərilib.
“Hesabat dövrü ərzində qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin edilib”, - nazirlikdən bildiriblər. **
R.Babayev