2017-ci ilin birinci yarısında Azərbaycanda notariat orqanlarında 1,9 mln.-a yaxın əməliyyat aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
«Birinci yarımillikdə Azərbaycanda notariat orqanlarında aparılan əməliyyatların sayı 1,89 min təşkil edib», - nazirlikdən bildiriblər.
Bundan başqa, notariat orqanlarında 156 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
“Bu əməliyyatlarla bağlı 42 mln. manata yaxın dövlət rüsumu və haqq ödənilib”, - nazirlikdən vurğulanıb. **
R.Babayev