Rusiyanın “Pegas Fly” aviaşirkəti Moskvanın “Jukovski” hava limanından Bakıya uçuşlara başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
«Birinci reysin təntənəli açılış mərasimi iyulun 27-də baş tutub. Təyyarə saat 10:45-də Bakıya yola düşüb və saat 18:10-da “Jukovski” hava limanına qayıdıb», - deyə məlumatda bildirilir.
Bakıya uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
«Qiymətlərin münasib olması və rahat uçuş cədvəli ilə əlaqədar Azərbaycan vətəndaşları, Moskva və Moskva vilayəti sakinləri arasında reysə tələbatın yüksək olacağı gözlənilir», - deyə məlumatda bildirilir.*
N.Abbasova