Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cümə günü yanğın baş verdiyi çoxmərtəbəli yaşayış binasının15 nəfər sakinini təxliyə ediblər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Sumqayıtda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzildə yanğın baş verib”, - məlumatda deyilir.
Hadisə yerinə gələn yanğınsöndürənlər 15 nəfər bina sakinini təxliyə ediblər. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
“Yanğın zamanı daha 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib”, - FHN qeyd edir.
Yanğın 11:06 radələrində söndürülüb. **
R.Babayev