“Sumqayıt Kimya Sənaye Parkı” MMC (SKSP) park ərazisində teplovozların hərəkəti üçün dalan tipli dəmiryol xəttinin inşa edilməsi məqsədilə podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 500 manatdır.
Təkliflər sentyabrın 11-dək qəbul olunacaq, təklif zərfləri sentyabrın 12-də açılacaq.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.*
N.Abbasova