Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Nazir E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib”, - deyə məlumatda bildirilir.*
R.Babayev