Hacıqabulda silahlı incident baş verib, 4 nəfər ölüb. Bu barədə APA agentliyi məlumat verir.
Hadisəni törədən şəxs sonra özünü öldürüb.
Agentliyin məlumatına əsasən, Mübariz Mehdiyev adlı şəxs Qurbanovlar ailəsinin evinə silahlı basqın edib. Nəticədə, bir ailənin 4 üzvü öldürülüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin məlumata görə, insidentə M.Mehdiyev ilə Qəmbərovlar ailəsi arasında Rusiyada baş verən anlaşılmazlıq səbəb olub.
Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır. **
A.Əzizov