“Azərbaycan Dəmir Yolları” QSC (ADY) elektrik qatarlarına bilet satışı və elektron gediş kartlarının tətbiqi üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə tədarükçü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim iki lotdan ibarət açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.
Seçimdə lazımi texniki və maddi imkanlara malik olan şirkətlər iştirak edə bilər.
İddiaçılar tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını sentyabrın 13-nə qədər təqdim etməlidirlər. Təkliflərə sentyabrın 14-də baxılacaq.*
N.Abbasova