Avqustun 1-də Bakı Dənizkənarı Bulvarında “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçiriləcək.
"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində ölkədə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq”, - məlumatda deyilir.
Açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkədə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.
Avqustun 1-dən 11-dək Azərbaycanda “Dəniz kuboku - 2017” beynəlxalq yarışları keçiriləcək. **
F.İsazadə