“Aqrolizinq” ASC 10 rayonda pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Tender şərtlərinə əsasən, qalib Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərini hazırlamalıdır.
Tenderdə iştirak haqqı 500 manatdır.
Qalibin seçilməsində əsas meyarlar ucuz qiymət, müqavilənin yerinə yetirilmə müddəti və tenderin digər şərtlərinə uyğunluqdur.
İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını sentyabrın 15-də təqdim etməlidirlər. Təkliflərə sentyabrın 18-də baxılacaq.*
N.Abbasova