“S&P Global Ratings” agentliyi 2017-2018-ci illərdə manatın ABŞ dollarına nisbətən orta məzənnəsini 1,7 manat /$1 səviyyəsində proqnozlaşdırır.
Agentliyin saytında dərc edilmiş proqnozlara görə, 2019-2020-ci illərdə manat dollara nisbətən bir qədər ucuzlaşacaq.
Xüsusilə 2019-cu ildə manatın dollara qarşı orta məzənnəsi 1,79AZN/$1, 2020-ci ildə 1,87AZN/$1 səviyyəsində proqnozlaşdırılır.
2016-cı ilin yekunları üzrə manatın dollara nisbətən orta məzənnəsi 1,77AZN/$1 təşkil edib (2015-ci ildə 1,56AZN/$1).*
A.Əzizov