Bakı və Tel-Əviv arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Bazar ertəsi Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələri və İsrailin Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib”, - məlumatda deyilir.
Görüşdə “həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb”. **
R.Babayev