Xalq artisti, məşhur kinorejissor Vaqif Mustafayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli Kino Mükafatı"na layiq görülüb.
“V.Mustafayev bu mükafata Azərbaycan kinosuna verdiyi töfhələrə görə layiq görülüb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə ittifaqdan bildirilib.
Mükafat kinorejissora avqustda Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbirdə təqdim ediləcək.*
R.Babayev