Prezident İlham Əliyev Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.
“Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlər və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığı çox yaxşı səviyyədədir”, - deyə o bildirib.
Dövlət başçısı, eyni zamanda, ABŞ-ın bəzi regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik olmadığını vurğulayaraq, Azərbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd edib.*
F.İsazadə