Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri 2017-ci ilin I yarısında müdafiə təyinatlı məhsulların istehsalı üzrə yerinə yetirilmiş sifarişlərin həcmini 33,8% artırıblar. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin müəssisələrində 2017-ci ilin birinci yarım ilinin yekunlarına dair səyyar kollegiya iclasında bildirib.
“Ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1,2 minə çatdırılıb.
“Birinci yarım ildə istehsal olunan ümumi məhsulun 92%-ni müdafiə və xüsusi təyinatlı, 8%-ni isə mülki təyinatlı məmulatlar təşkil edir”, - deyə Y.Camalov qeyd edib.*
R.Babayev