Hacıqabul rayon prokurorluğunda beş nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyi Baş Prokurorluğun mətbuat xidmətinin birgə məlumatında deyilir.
“İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş Mübariz Mehtiyevin şəxsi münasibətlər zəminində Məmməd Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib. Faktla bağlı beş maddə ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər Mübariz Mehdiyev adlı şəxs Qurbanovlar ailəsinin evinə silahlı basqın edib. Nəticədə, bir ailənin 4 üzvü öldürülüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisəni törədən şəxs sonra özünü öldürüb. **
F.İsazadə