2017-ci ilin yanvar-iyul aylarında manat dollara qarşı 3,94% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
İyul ayında manatın dollara qarşı məzənnəsi 0,7% möhkəmlənib (iyun ayında manat dollara qarşı 0,0059% ucuzlaşıb).
İyulda manatın dollara qarşı orta məzənnəsi iyun ayında qeydə alınmış 1,7022 AZN/$1-ə qarşı 1,7017 AZN/$1 təşkil edib.
Yanvar-iyul aylarında manat avroya qarşı 7,07%, iyulda 2,51% ucuzlaşıb (iyunda manat avroya nisbətən 2,41% ucuzlaşıb).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.*
A.Əzizov