“Şahdağ Turizm Mərkəzi” QSC vergi məsləhətçisi seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Şahdağ” Turizm Mərkəzinə vergi məsələləri üzrə konsaltinq xidmətləri göstərəcək şirkətlərin seçimi kotirovka sorğusu əsasında həyata keçiriləcək.
Təkliflər avqustun 4-dək qəbul olunacaq, təklif zərfləri avqustun 7-də açılacaq.
“Şahdağ Turizm Mərkəzi” QSC Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxildir.
Cəmiyyətin maliyyə hesabatına əsasən, 1 yanvar 2017-ci il tarixinə onun aktivləri 78 mln. 981,563 min manata, nizamnamə kapitalı 37 mln. 777 min 427,56 manata bərabərdir. Turizm Mərkəzi 2016-cı ildə əsas fəaliyyətdən 17 mln. 589,273 min manat gəlir əldə edib, xalis zərəri isə 4 mln. 336 min 723,85 manat təşkil edib.*
A.Əzizov