Avqustun 1-də “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandaları arasında yarışların birinci mərhələsi start götürəcək. Bu barədə yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov bəyan edib.
“Bu gün qapalı şəraitdə elementlərin icrasının sıralamasını müəyyən etmək məqsədilə püşkatma mərasimi keçiriləcək. Sabah müsabiqənin ilk mərhələsinin elementləri həyata keçiriləcək”, - Ş.Məmmədov çərşənbə axşamı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yarışma iştirakçıları müsabiqə zamanı hava şəraitini də nəzərə alacaqlar.
Avqustun 1-dən 11-dək Bakıda “Dəniz Kuboku – 2017” yarışları keçiriləcək. **
F.İsazadə