Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 96 cinayət faktı qeydə alınıb, onların 20-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.*
R.Babayev