Bakı Fond Birjası (BFB) “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin üzvlüyünü bərpa edib. Bu barədə BFB-dən məlumat verilib.
“Xalq Kapital” fəaliyyətini “Qiymətli kağızlar bazarı haqqında” qanuna və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”na uyğunlaşdırıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti”nə bu il iyunun 9-da yeni lisenziya verib.
Şirkətin əsas fəaliyyətinə: qiymətli kağızlar və törəmə maliyyə alətlərinə əməliyyatlar üçün müştərilərdən ərizələrin qəbulu və icrası, fərdi investorların investisiya portfelinin idarəolunması, anderraytinq və s. əməliyyatlar daxildir.
Bundan başqa, şirkət müştərilərin qiymətli kağızlar hesablarının idarəolunması daxil olmaqla, yardımçı fəaliyyətlə məşğul ola bilər. **
A.Axundov