Mərkəzi Bank (AMB) 2017-ci ilin sonunadək inflyasiyanın balanslaşacağını gözləyir. Bu barədə bankın məlumatında deyilir.
“2017-ci ilin qalan aylarında ümumi inflyasiya səviyyəsinin manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
AMB baza inflyasiyanın azalma tendensiyasına malik olacağını gözləyir.
“Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq, hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə orta illik inflyasiya 12,4% təşkil edib.*
A.Axundov