Azərbaycan Mərkəzi Bankı 2017-ci ilin II rübündə istehlakçı etimadının artmasını qeyd edir.
“Ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir”, - bünkın məlumatında deyilir.
Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir.
“Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1,7%-lik iqtisadi artım qeydə alınıb. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3,7%, o cümlədən qeyri-neft sənayesində 5,4%, kənd təsərrüfatında 2,2% təşkil edir”, - AMB qeyd edir.
Bankın qiymətləndirməsinə əsasən, real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası “bərpa meyillərinin davam etdiyini nümayiş etdirir”. **
A.Axundov