SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin birinci yarısında Ceyhan terminalından 9 mln. 667,066 min ton Azərbaycan nefti yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında şirkət Ceyhan terminalından 10 mln. 105,879 min ton Azərbaycan nefti yola salıb. Beləliklə, 2017-ci ilin müvafiq dövründə neft nəqlinin həcmi 4,4% azalıb.
В июле компания отгрузила из терминала в Джейхане 1 млн 540,751 тыс. тонн азербайджанской нефти.
İyul ayında bu terminaldan yola salınmış neftin həcmi 1 mln. 540,751 min ton təşkil edib.
Cari ilin iyul ayında dünya bazarında “Brent” markalı neftin bir bareli 48,56 ABŞ dollarına, “Urals” markalı neftin bir bareli 47,92 ABŞ dollarına, “BTC FOB Ceyhan” markalı neftin bir bareli 49,34 ABŞ dollarına satılıb.
2016-cı ildə bu terminaldan yola salınmış neftin həcmi 16 mln. 784,975 min ton təşkil edib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.**
N.Abbasova