Mərkəzi Bank (AMB) real sektorun kreditləşdirilməsinin stimullaşdırılmasına yönəlmiş tədbirlərə ehtiyacın olduğunu qeyd edir.
“İlin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir”, - deyə bankın məlumatında bildirilir.
Həmçinin qeyd olunur ki, monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə dövr ərzində neytral olub.
“İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artıb. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir”, - deyə məlumatda vurğulanır.
AMB-nin qiymətləndirmələrinə görə, Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib.*
A.Axundov