Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində 30minə yaxınnamizəd iştirak edib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
“Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanlarda indiyədək 30minə yaxınnamizəd iştirak edib”, - məlumatda deyilir.
Test tapşırıqlarına 60 sual daxildir.
Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.
İmtahanlar avqustun 5 -dək davam edəcək. **
R.Babayev