2017-ci il iyulun 1-nə Azərbaycanda 102.472 min “elektron imza” sertifikatı (“e-imza”) verilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“1 iyul 2017-ci il tarixinə 21,584 min hüquqi şəxs, 19,792 min vətəndaş və qalan dövlət orqanları əməkdaşları “e-imza” sertifikatına malikdir”, - deyə nazirlikdən bildiriblər.
Yanvar-iyun aylarında Azərbaycanda 102,582 min “elektron imza” sertifikatı (“e-imza”) verilib. Onların 4,56 mini hüquqi şəxslərə, 2,582 mini fiziki şəxslərə, 3,44 mini dövlət orqanları əməkdaşlarına verilib.
Həmçinin, 2017-ci il iyulun 1-nə 564,836 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb. **
N.Abbasova