Kestutis Yankauskas Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nümayəndəlikdən məlumat verilib.
“Aİ nümayəndəliyinin yeni rəhbəri Azərbaycana sentyabrın əvvəlində gələcək”, - deyə məlumatda bildirilir.
Litvalı diplomat Litvanın Vaşınqtonda və Stokholmdakı səfirliklərində çalışıb. Azərbaycana təyinatından öncə o, Aİ-nin Gürcüstandakı monitorinq missiyasına rəhbərlik edirdi. K.Yanauskas 1991-ci ildən bəri Litva Xarici İşlər Nazirliyində çalışır.*
F.İsazadə