2017-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında $253,2 mln. məbləğində vəsait satılıb. Bu barədə fondun məlumatında deyilir.
“ARDNF iyul ayı ərzində valyuta hərraclarında $253,2 mln. məbləğində vəsait satıb”, - deyə məlumatda bildirilir.
Bu ilin iyun ayında fond tərəfindən valyuta hərraclarında $373,2 mln. məbləğində vəsait satılıb. Beləliklə, iyul ayında ARDNF tərəfindən xarici valyutanın satış həcmi iyun ayı ilə müqayisədə 32,2% azalıb.
2017-ci ilin yanvar-iyul aylarında ARDNF valyuta hərraclarında $1 mlrd. 940,92 mln. məbləğində vəsait satıb.*