Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) elektron sənəd dövriyyəsinin təşkilinə dair proqram təminatının və dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satınalınması üçün tədarükçü seçir. Bu barədə fondun elanında deyilir.
Seçim iki lotdan ibarət açıq tender metodu ilə keçirilir.
Tender təklifləri təklif dəyərinin 1%-i həcmində bank zəmanəti ilə 2017-ci il sentyabrın 5-dək təqdim olunmalıdır. Tender proseduru sentyabrın 6-da baş tutacaq.*
N.Abbasova