Cari ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində Azərbaycanın İşgüzar Mərkəzi açılacaq. Bu barədə Həştərxan vilayətinin hökumətinin saytında məumat verilir.
“Layihəyə 208,56 mln. rubl məbləğində özəl sərmayə yatırılıb. Həştərxanda Azərbaycanın İşgüzar Mərkəzi Rusiyada sayca ikinci olacaq. Əlavə olaraq, 41 yeni iş yeri yaradılacaq. Orta əmək haqqı 20,6 min rubl təşkil edəcək”, - məlumatda deyilir.
“Şirkət Həştərxan vilayətinin ərazisində “Həştərxan şəhərinin Sovet rayonunda Azərbaycanın İşgüzar Mərkəzinin tikintisi” investisiya layihəsini reallaşdırır. Mayın sonunda layihəyə xüsusi vacib statusu verilib, bu da dövlət tətəfindən dəstək hüququ verir. Bununla əlaqədar, şuranın ekspertləri ərizəni təmin edərək Bakı küçəsindəki ərazini uzunmüddətli icarəyə veriblər”, - məlumatda qeyd olunur.
Artıq “Meçta” MMC Həştərxan vilayətində bir sıra sosial yönümlü və bölgəyə mühüm həcmdə sərmayələrin cəlb olunmasını nəzərdə tutan bir sıra layhələrin icrasına başlayıb.
“Həmçinin şuranın qərarına əsasən, işi qrupunun tərkibi təsdiq olunub. Qrup “Həştərxan şəhərinin Sovet rayonunda Azərbaycanın İşgüzar Mərkəzinin tikintisi” investisiya layihəsini reallaşmasına nəzarət həyata keçirəcək”, - məlumatda vurğulanır. **
A.Axundov