“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2017-ci ilin yanvar-iyul aylarında 12 mlrd. 836 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-iyul aylarında “Azərenerji” 12,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Beləliklə, 2017-ci ilin yanvar-iyul aylarında artım 1,1% səviyyəsində olub.
İyulda ”Azərenerji” 1 mlrd. 883 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
Ötən il “Azərenerji” 22,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.**
N.Abbasova