SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-iyul aylarında qazma işlərinin həcmini ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35% - 83,462 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında SOCAR üzrə istismar qazma işlərinin payı 77,078 min metr, kəşfiyyat qazma işlərinin payı 6,384 min metr təşkil edib”, - deyə məlumatda qeyd olunur.
İyulda SOCAR üzrə qazma işlərinin həcmi 9,673 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 9,071 min metr, kəşfiyyat qazma işlərinin həcmi 0,602 min metr təşkil edib.
2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
2016-cı ildə SOCAR üzrə qazma işlərinin həcmi 105,245 min metr təşkil edib.*
N.Abbasova