Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.
İ.Əliyevə bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3,3-3,6 tondur.
Azərbaycan prezidenti həmçinin Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışda iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi.
Qeyd olunub ki, bu yarımstansiya Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.
O cümlədən, İ.Əliyev “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Qeyd edilib ki, Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb.Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub.“Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, və s. məhsulların istehsalı nəzərdə tutulur.**
F.İsazadə, R.Babayev