31 iyul 2017-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 8 mlrd. 332,9 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
31 dekabr 2016-cı il tarixinə pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-iyul aylarında pul bazası 6% artıb.
İyulda pul bazası 0,7% və ya 58,4 mln. manat artıb.
Ötən il Azərbaycanda pul bazası 13,9% artıb.*
A.Axundov