Bloger Aleksandr Lapşinin İsrailə ekstradisiyası ilə bağlı ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə blogerin vəkili Eduard Çernin məlumat verib.
“Lapşin ərizəsində İsrailə təhvil verilməsini xahiş edib”, - deyə vəkil bildirib.
Onun sözlərinə görə, A.Lapşin barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun təhvil verilməsi baş tuta bilər.
«Hökm avqustun 14-də qüvvəyə minə bilər», - deyə E.Çernin qeyd edib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin İsrailə təhvil verilməsini istəyir.
Hökmə əsasən A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.*
R.Babayev